Məzmun marketinqi son illərdə brendlərin rəqəmsal marketinq kommunikasiya fəaliyyətlərində getdikcə daha çox önə çıxır. Formatından asılı olmayaraq, bloqlardan tutmuş videolara qədər brendin istehlakçılar üçün yaratdığı rəqəmsal təcrübədə kreativ və orijinal məzmunun aparıcı rol oynadığını söyləmək yalan olmaz.


Facemark.az xarici mnəbəyə istinadən araşdırma yazını təqdim edir!


Metaverse, müştəri təcrübəsinin getdikcə rəqəmsallaşdığı müasir dünyada marketoloqların öz brendlərini yeni nəsillə bir araya gətirəcəyi aparıcı platformalardan biridir. Bəzi analitiklərin fikrincə, metaverse 2024-cü ilə qədər 800 milyard dollarlıq bazara çevriləcək və bütün dünya üzrə oyunçuların ümumi sayı 3,2 milyarda çatacaq. 2023-cü ildə metaversenin nə demək olduğunu daha yaxşı anlayan brendlər metaverseyə necə girmək və metaverse strategiyalarını inkişaf etdirmək, eləcə də bu virtual aləmlərdə marketinq imkanları mövzusunda daha aktiv olacaqlar. Brendlərin bu sahədə məzmun istehsal edərkən diqqət edəcəyi tendensiyalar oyundaxili reklam, audio reklam və ya virtual təsir edənlər olacaq.


Audio reklam imkanları böyük maraq doğuracaq


2021-ci ilə qədər 485 milyon aktiv dinləyicisi olan podkast dünyasında 2021-ci ildə 150 ​​min məzmun istehsal edilib. Marketoloqlar podkastlarda ən yaxşı şəkildə necə reklam olunacağını, brendlərini necə yerləşdirəcəyini və nəticələrin necə ölçüləcəyini anlamağa çalışırlar. Bu maraq rəqəmlərdə də özünü göstərir. Podcast reklam xərclərinin bu il 1,74 milyard dollara çatacağı gözlənilir. Son bir neçə ildə influnser marketinq sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Brendlər öz məzmun strategiyaları və ya məhsulları ilə interaktiv auditoriya yaratmaq üçün düzgün adlarla işləməyə meyllidirlər.