Netflix yayım platforması 2022-ci ilin ən populyar film və seriallarının reytinqini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


İngilis dilində ən çox baxılan bədii filmlər siyahısına Kris Evans və Rayan Qoslinqin baş rollarda çəkildikləri “The Grey Man” filmi başçılıq edir. Yayımlandığı ilk üç həftədə film 253,87 milyon saat izlənilib. “The Adam Project” (233,16 milyon saat), “Purple Hearts” (228,69 milyon saat), “Hustle” (198,31 milyon saat) və “The Tinder Swindler” (172,13 milyon saat) isə onun ardınca gəlir.


Daffer qardaşlarının “Stranger Things” filmi isə ən yaxşı teleseriallar reytinqinə liderlik etməkdə davam edir: premyeradan sonra 28 gün ərzində dördüncü mövsüm 1,35 milyard saatdan çox baxış toplayıb.


İlk beşliyə həmçinin “Wednesday” (1,237 milyard saat), “Monster: The Jeffrey Dahmer Story” (856,22 milyon), “Bridgerton” serialının ikinci sezonu (656,26 milyon) və “Inventing Anna” (511,92 milyon) daxildir.