SpaceX 750 milyon dollar investisiya alır. Bu investisiya ilə şirkətin bazar dəyəri 137 milyard dollara yüksələcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, CNBC tərəfindən paylaşılan məlumata görə SpaceX 750 milyon dollarlıq investisiya alacaq.


Qeyd edək ki, Andreessen Horowitz, daha öncə Founders Fund, Sequoia və Gigafund ilə birlikdə SpaceX şirkətinə investisiya etmişdi.