Sosial media dünyasının ən əhəmiyyətli adlarından biri olan "Twitter", bir müddət əvvəl dayandırdığı bir xüsusiyyəti gündəmə gətirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, televiziya və digər platformalarda siyasi reklamlar olduğu halda, sosial mediada bunun məhdudlaşdırılmasının mənası olmadığı bildirilib və bundan sonra siyasi reklamlara qoyulan məhdudiyyətin yumşaldılacağı açıqlanıb. Bəzi "Twitter" istifadəçiləri siyasətin sosial mediaya daxil olmasından narahat olduqlarını ifadə edərkən, bəzi istifadəçilər siyasətin həyat həqiqəti olduğunu və sosial medianın bundan qaça bilməyəcəyini düşünür.