Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanallarının Youtube reytinqi" haqqında araşdırma yazısını təqdim edir!


2022-ci ilin son ayında televiziyaların "Youtube" reytinqi maraqlı rəqəmlərlə yaddaşda qaldı. Öncəliklə onu qeyd edək ki, Laçın-Xankəndi yolundakı aksiyadan canlı bağlantılar dekabr ayında da, xəbər kanallarını lider mövqedə saxlaya bildi.


Dekabr ayının birincisi "İctimai TV" toplam 27,6 milyon baxış ilə yeni rekorda imza atdı. Belə ki, "İTV" ölkəmizdə futbol üzrə dünya çempionatının eksklüziv yayımçısı olmasına görə və aksiyadan silsilə videolar paylaşması sayəsində ilin ən yüksək baxışını məhz dekabr ayında əldə edə bildi.


Reytinq cədvəlində ilk 3 yeri tutan kanalların baxış sayı ilin əksər aylarında bir-birinə yaxın rəqəmlər olsada, dekabr ayında bunun əksinə olaraq 6-7 milyonluq kəskin fərq müşahidə edilmişdir. Buna səbəb kimi ölkə gündəminin futbol və aksiyaya aid videoların zəbt etməsi, eksklüziv yayım kontenti və əsasən ilk iki yeri tutan kanal videolarının trend olmasını göstərə bilərik.