Microsoft ChatGPT-ni 2009-cu ildə istifadəyə verdiyi Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft, Bing-i Google ilə rəqabətədavamlı etmək üçün yeni funksiyanı martın sonuna qədər istifadəyə verməyi planlaşdırdığını bildirib. Süni intellekt şirkəti OpenAI tərəfindən hazırlanmış ChatGPT texnologiyasından istifadə edərək, Bing suallara daha təbii cavab verəcək.


Yarandığı gündən çox populyarlaşan ChatGPT istifadəçilərə şeir yazmaq, məqalələrini redaktə etmək və ya kod yazmaq imkanı verir.