Sosial media “Rəqəmsal nəsil” adlandırılan Z-lər üçün olmazsa olmazlardan biridir... Demək olar ki, hər platformadan aktiv şəkildə istifadə edən bu nəslin təbii ki, sevimliləri də var. Z nəsli daha çox hansı sosial media platformasına üstünlük verir?


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


Morning Consult tərəfindən aparılan araşdırmaya görə, Z nəslinin yüzdə 88-inin ən çox istifadə etdiyi sosial media platforması "YouTube"dur. İkinci yerdə ən çox istifadə olunan sosial media platforması "Instagram" (76 faiz), ikinci yerdə Z nəslinin tez-tez müraciət etdiyi "TikTok" platforması gəlir. Dördüncü sırada olan "Snapchat" "TikTok"dan cəmi 1 faiz (67 faiz) geri qalır. Bundan əlavə, "Snapchat"ın favoritlər arasında olması sübut edir ki, Z nəsli şəkillər üzərindən ünsiyyət saxlamağı sevirlər.


Araşdırmanın maraqlı nəticələrindən biri odur ki, Z nəslinin demək olar ki, yarısının (49 faiz) ən çox istifadə etdiyi platforma orta yaş təbəqənin istifadə etdiyi "Facebook"dur."Twitter"47 faizlə Z nəsli arasında məşhurdur. Ardından "Discord" (35 faiz), "Reddit" (30 faiz) və "Twitch" (24 faiz) gəlir. Siyahının 10-cu pilləsində istifadəçilərinin sayı son dövrdə artan "BeReal" platformasıdır.