Dünyada ilk restoranın nə vaxt elan edildiyi ilə bağlı iki iddia var. Tarixi qeydlərdə ilk restoranın 1766-cı ildə Fransada yarandığı bildirilir. Ancaq "National Geographic"in iddiasına görə, ilk restoran 1280-ci ildə Çində yerləşir.


Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını təqdim edir!


Yemək sənətinin başlanğıcı Mesopotamiyada görülür və daha sonra Çin və Anadolu mətbəxləri kimi mədəniyyətlərə bölünür. Kulinariya mədəniyyətləri bir-birinə təsir etməkdə davam edir və bugünkü yemək sənətlərini formalaşdırır. Çin mətbəxi Yapon və Koreya mətbəxinə təsir etdiyi halda, Mesopotamiya, Anadolu və Fransız mətbəxinə də təsir edir.


Bir çox mənbələr ilk müasir restoranın 1760-cı ildə Parisdə Boulanger adlı biri tərəfindən açıldığını bildirir. Boulanger sağlamlıq üçün faydalı olduğunu iddia etdiyi şorbalarla restoranını “restaurers” adlandırıb. Təbii ki, bu yenilik hamı tərəfindən müsbət qarşılanmamışdı.



Lakin bəzi mənbələrə görə ilk restoranın Çində açıldığı deyilir. Marko Polonun məlumatına görə, Çindəki restoranlarda indiki kimi menyular və ofisiantlar var idi. Ancaq başqa bir mənbəyə görə, ilk restoranı quran şəxs kimi Mathurin Roze de Şantoiseau göstərilir.