80 minə yaxın iş ortağı restoranı, məhəllə esnafı və yüzlərlə ərzaq mağazası ilə Türkiyənin 81 vilayətində 30 milyondan çox istifadəçiyə xidmət göstərən Yemeksepeti 2022-ci ili ilklər və rekordlarla tamamlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir.
22 illik tarixi boyunca bir çox uğur və rekordları geridə qoyan Yemeksepeti, 2022-ci ilin avqust ayında Yemeksepeti, Yemeksepeti Mahalle və Yemeksepeti Marketlərində cəmi 1 milyard sifariş limitini keçdikdən sonra oktyabr ayında 1 milyard yemək sifarişi rekordunu qırıb. 2022-ci ildə Yemeksepeti vasitəsilə sifariş verən restoranların sayı 79 879 olub.
2022-ci ildə Yemeksepetindəki desertlər də böyük maraq görüb. Ən çox sifariş edilən desertlər vafli, paxlava, düyü pudinqi, profiterol və sufle olub.
Yemeksepeti 2022 məlumatlarına görə, ən çox sifarişin olduğu prime-taym dövrü axşam saat 17:00-21:00 arası olub.