2010-cu ildə "Google"un istifadəçi məlumatlarını icazəsiz paylaşmasının məhkəməyə verilməsi ilə başlayan proses 13 il ərzində sonsuz bir iş faylına çevrilmişdi.
Facemark.az xaarici mənbəyə istinadən xəbər verir ki, 2010-cu ildə aparılan araşdırmaya görə, "Google"un axtarışlar nəticəsində əldə etdiyi məlumatları reklamçılarla paylaşdığı və buna görə də işin məhkəməyə aparıldığı anlaşıldı.
"Google" isə ittihamları qəbul etməyib və qeyd olunan məlumatlarda ad, nömrə, e-poçt ünvanı kimi məlumat olmadığı üçün onların şəxsi məlumat kimi qəbul edilməsinin düzgün olmayacağını müdafiə edib. Tərəflərin amansız müdafiəsi ilə illərdir yekunlaşa bilməyən dava və bundan imtina edən də "Google" oldu.
Əldə edilən məlumata görə, "Google" işin bağlanması və biznesin daha irəli getməməsi üçün 23 milyon dollar ödəməyə razılaşıb. Məhkəmə "Google"un tələbini görüb qəbul edərsə, 13 illik məhkəmə prosesi nəhayət ki, başa çatacaq.