WhatsApp gözlənilən funksiyanı sınaqdan keçirməyə başladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, WhatsApp-dakı söhbətlərinizi başqa telefona köçürməzdən əvvəl Google hesabınızı qoşmalı və söhbətləri buludlara yükləməli idiniz. Yedəkləməni yeni cihazınıza endirdikdən dərhal sonra mesajın ötürülməsi prosesi tamamlanırdı.


Yeni funksiya QR kodundan istifadə edərək bütün söhbətlərinizi başqa telefona köçürməyə imkan verir. Bu yolla artıq mesajları buludlara yükləməyə və onları yeni cihaza yükləməyə ehtiyac qalmayacaq.