"YouTube" tərəfindən verilən məlumata görə, şirkət 1 fevral 2023-cü il tarixindən etibarən reklam gəlirlərini "YouTube Shorts" məzmun istehsalçıları ilə bölüşəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "YouTube" tərəfindən verilən məlumata görə, şirkət 1 fevral 2023-cü il tarixindən etibarən reklam gəlirlərini "YouTube Shorts" məzmun istehsalçıları ilə bölüşəcək. "YouTube", həmçinin reklam gəlirlərinin bölüşdürülməsi üçün "YouTube Partnyor" proqramı ilə birlikdə mövzu ilə bağlı şərtlərini paylaşıb.


Reklam gəlirlərinin bölüşdürülməsindən yararlanmaq istəyən "YouTube Shorts" məzmun istehsalçıları iyulun 10-dək yeni şərtləri qəbul etməlidirlər. Reklam gəlirlərinin bölüşdürülməsi modelinin "YouTube Shorts" fondunu əvəz edəcəyi gözlənilir. “YouTube Shorts”un məzmununun sürətlə artmasını istəyən "YouTube", məzmun istehsalçılarını təşviq etmək üçün keçən il 100 milyon dollarlıq bir fondla gündəmə gəlmişdi.