Texnologiya və media işçilərinin kütləvi ixtisarı da LinkedIn iş axtarış platformasının istifadəçi bazasını təşkil edir. Bu işçilərin yenidən işə götürülməsi LinkedIn-dən istifadəni artırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “İşə açıq” istifadəçilərin sayı 22 faiz artıb. "Sensor Tower" tədqiqat şirkətinin məlumatına görə, LinkedIn mobil proqramı 2022-ci ildə dünya üzrə təqribən 58,4 milyon dəfə endirilib ki, bu da "Google Play" və "Apple" proqram mağazalarında əvvəlki ilə nisbətən 10 faiz çoxdur.


LinkedIn-in ana şirkəti Microsoft-un son hesabatına görə, platformanın gəliri 17 faiz artıb və rekord sayda üzv iştirakını qeyd edib.