Enerji xərclərinin artması ilə mübarizə aparmağa çalışan pərakəndə sektor qənaət tədbirləri görməyə başlayıb. Bəzi şirkətlər günəş enerjisinə sərmayə qoyub, bəziləri isə enerji səmərəliliyini təmin etmək üçün strateji planlar hazırlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bütün dünyaya təsir edən və 2023-cü ildə dərinləşməsi gözlənilən enerji böhranı brendləri hərəkətə keçirib. Həm pərakəndə, həm də istehsal obyektlərində enerji istehlakı xərclərinin böyük artımından mənfi təsirlənən pərakəndə sektor həll yolu axtarır.
Dünyada, xüsusən də Avropa və ABŞ-da qlobal tənəzzüllə bağlı narahatlıqlar var. Ona görə də tənəzzül və tələbin azalması səbəbindən sifarişlərin itirilməsi ixracatçıların qarşısında ən böyük risk kimi görünür.