Twitter, istifadəçi adlarını bu dəfə hərrac yolu ilə satışa çıxarmağı düşünür.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "The New York Times"ın paylaşdığı xəbərə görə, bu ideya dekabr ayından etibarən şirkətin gündəmində olub. Mask həmçinin keçən ay bir tvitində platformadakı qeyri-aktiv hesabların silinəcəyini və 1,5 milyard istifadəçi adının istifadəyə veriləcəyini açıqlamışdı.
Platformanın gəlirlərinin artmasına xidmət edəcək bu addımın nə vaxt atılacağı ilə bağlı dəqiq məlumat yoxdur.