"TikTok" və "Instagram" yaradıcılar üçün gəliri artırmaq üçün yeni funksiyalar təqdim etməyə davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok" yaradıcılara brendlərlə daha asan əlaqə yaratmağa imkan verən "Talent Manager Portal" funksiyasını elan edib. Yeni funksiya sövdələşmə axınını idarə etmək, kampaniyanın performansı ilə bağlı müxtəlif hesabatları və ölçüləri nəzərdən keçirmək üçün istifadə olunacaq.


"TikTok", "Talent Manager Portalı"nın hazırda alfa testində olduğunu bildirib.