Dəyərli Facemark.az oxucuları, 2022-ci il üçün qısa da olsa hesabatımızı təqdim edirik!
Facemark.az biznes xəbər portalı və biznes tədbirlər təşkilatçısı olaraq 2022-ci il çox uğurlu keçdi.
1. 2022-ci ildə 11-ci yaşımızda rebrendinq etdik. 2118 xəbər, 41 yazılı müsahibə, 34 canlı yayım, 86 müxtəlif araşdırma yazısı yayımladıq.
2. Göstərdiyimiz xidmətlər seriyasını "event management”i də əlavə edərək rəsmi olaraq qeydiyyatdan keçdik.
3. "Supply Chain Forum", "Su İnnovasiya Forumu", "Milli İnsan Resursları Forumu", "Milli Marketinq Forumu", "HR Agenda", "Maliyyə və İnvestisiya Forumu", "Ayla Türkmen ilə Kraliçenin Dansı" kimi 7 böyük tədbirin təşkilatçılığını etdik.
4. "Bugünün Marketinqi" seriyasından indiyədək ən iri həcmli 4-cü seriyanı çap edib təqdimatını keçirdik.
5. 2 böyük şirkətin xidməti üzrə tanıtımını həyata keçirdik.
6. Keçirdiyimiz tədbirlərlə bağlı ölkənin ən aktiv reklam daşıyıcıları ilə illik əməkdaşlıq müqavilələri bağladıq. 6-dan çox xarici biznes tədbirin ölkə üzrə media partnyoru olduq.
7. Komandamız 2022-ci ildə 2 dəfə böyüdü. Saytımızda xəbər sayı, kontentə xüsusi fokus olaraq hazırladığımız maarifləndirici videolara toplam baxış sayı 1,15 milyona yaxın oldu.
8. 2022-ci ilin sonunda vahid platforma və event management softunun üzərində işlərə start verdik. Prosesləri avtomatlaşdırmaq və tam biznes həllər vermək adına ölkəmizin yeganə ixtisaslaşmış tədbir təşkilatçısı şirkəti olmaqda iddialıyıq.
Bizi dəstəkləyən, bizimlə əməkdaşlıq edən yerli və özəl şirkətlərə, dövlət idarələrinə, eləcə də yüzlərlə şirkətdə çalışan və 2022-ci ildə tədbirlərimizdə iştirak edən 1000-dən çox şirkətdən 2000-dən çox mütəxəssisinə təşəkkürlərimizi bildirmək istəyirik.
Var olun! Hər şey bütov Azərbaycan üçün!
Var olun! Hər şey bütov Azərbaycan üçün!