Microsoft-un qurucusu Bill Qeyts bu yaxınlarda Reddit-in qonağı olub və "Ask Me Anything" forumunda ona verilən sualları cavablandırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, son vaxtlar gündəmdən düşməyən OpenAI ChatGPT ilə bağlı fikirləri də soruşulan Qeyts, ChatGPT-nin nələrin olacağına dair fikir verdiyini və bütün bu yanaşma və innovasiya sürətindən təsirləndiyini qeyd edib.
Həmçinin, Qeyts, iqlim mövzusunda əsas məqamın emissiyaların olduğu hər bir sahədə təmiz məhsulların daha ucuzlaşdırmaq olduğuna da diqqət çəkib.