Yaponiyada pərakəndə satışlar dekabrda 3,8 faiz artıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadçılar, son 10 ayda davamlı olaraq artan pərakəndə satışların dekabr ayında 3.0% artacağını gözləyirdilər. Dekabrda sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. Gözləntilər 1.2% azalma ilə bağlı idi.


Qeyd edək ki, dekabrda Yaponiyada işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə dəyişməyərək yüzdə 2,5 olub.