"YouTube" teleserial və filmlərin platformada yayımlanması üçün media şirkətləri ilə danışıqlara başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Netflix", "Disney+" və "Amazon Prime" kimi məzmun platformalarının bazara daxil olması ilə "YouTube", prioritetini itirməsə də, sənayedəki rəqabətdən təsirlənən platformalardan biridir. Bu səbəbdən yeni addım atmağa qərar verən video streaming nəhəngi öz bünyəsindəki serial və filmləri yayımlamaq üçün media şirkətləri ilə görüşməyə başlayıb.


Danışıqlar müsbət olarsa, "YouTube" tərəfindən yayımlanacaq məzmunda reklamlar olacaq. Bununla yanaşı, "YouTube" öz istifadəçilərinə televiziya şoularından, seriallardan və filmlərdən tutmuş bir çox məzmun təqdim edəcək.