Facemark.az xarici mənbəyə istinadən "Vençur kapitalı" haqqında araşdırma yazını təqdim edir!
Vençur biznesinin mahiyyəti ondan ibarətdir ki, yeni və sürətlə inkişaf edən kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən həcmdə vəsait dövlət büdcəsindən deyil, vençur kapitalistlərindən birbaşa ayrılır. Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-da meydana gəlmişdir və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etmişdir. Dünyanın bir çox ölkələrində vençur kapitalının nanotexnoloji layihələrə tətbiqi təcrübəsi genişləndirilir.
Vençur biznesinin başlıca məqsədi bir sahibkarın maliyyə kapitalını digərinin isə intellektual mülkiyyətini iqtisadiyyatın real sektorunda birləşdirərək hər iki tərəf üçün mənfəət əldə olunsun. Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən sərmayəçilər tərəfindən həyata keçirilir. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlükəsi ilə üzbəüz qalmış şirkətlərin və ya startapların inkişafı üçün həyata keçirilir.
Vençur Kapital Şirkətləri üçün yatırım etdikləri startapların hətta 25-30%-i reallaşdırılsa belə yatırdıqları kapital geri qayıdır. Bu onlar üçün ən gəlirli investisiya sayılır.
Vençur Kapitalı Şirkətləri üçün başlıca cəlb edici sahələr:
1. İnformasiya Kommunikasiya Texnologiyaları;
2. Kompüter avadanlığının istehsalı və proqram təminatı;
3. Rabitə və multimedia avadanlıqlarının istehsalı;
4. İnternet və elektron biznesin inkişafı;
5. Həyat elminə daxil olan sahələr;
6. Biotexnologiya üzrə yeniliklər;
7. Tibbi avadanlıqların istehsalı və s.