Facemark.az xarici mənbəyə istinadən "Menecer və Lider arasındakı fərqlər" haqqında araşdırma yazını təqdim edir!


Menecer və lider anlayışları bir çox insan tərəfindən eyniləşdirilir. Lakin nəzərə almaq lazımdır ki, bu iki anlayışlar arasında bir çox fərqlər mövcuddur. Menecerlər çalışdıqları qurumda işin düzgün gedişini təmin edən və tapşırılıqların bölüşdürülməsində fəal iştirak edən rəhbər vəzifəli şəxslərdir. Liderlər yeni hərəkat yaradan və öncülük edən insanlardır. İlk eşidiləndə oxşar anlayışlar kimi görünsələr də onlar arasında bir çox fəqrli cəhətlər mövcuddur.


Menecerlə lider arasındakı əsas fərqlər aşağıdakı kimi sadalanır:


1. Menecer bu gün üçün çalışır, lider gələcəyə baxır;


2. Menecer təsdiq edir, lider formalaşdırır;


3. Menecer əməliyyatlarla məşğul olur, lider cəmiyyətə rəhbərlik edir;


4. Menecer olmaq üçün həm idarəçilik, həm də liderlik keyfiyyətlərinə malik olmaq lazım olsa da, lider olmaq üçün liderlik keyfiyyəti kifayətdir;


5. Lider işçinin vizyonunu formalaşdırmaqla öz korporativ baxışını inkişaf etdirir və həmişə öz həvəsləndirici xüsusiyyətindən istifadə edir;


6. Menecer sistemin düzgün işləməsi üçün fəaliyyətləri planlaşdırarkən, lider bütün qrup üçün istiqamət təyin edir.