"Brand Finance" beynəlxalq brend qiymətləndirmə təşkilatının araşdırması yekunlaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Brand Finance"in yayımladığı siyahıda dünyanın ən dəyəli markası təxminən 299,3 milyard dollarlıq marka dəyəri ilə "Amazon" olub. "Amazon"u izləyən brend, keçən il 297,5 milyard dollarlıq marka dəyəri ilə birinci olan "Apple"dır. Siyahının üçüncü pilləsində 281,4 milyard dollar dəyərində "Google"u görürük.


Siyahıda "Microsoft" 191,6 milyard dollarla 4-cü, ABŞ-ın pərakəndə şirkəti "Walmart" 113,8 milyard dollarla 5-ci, Cənubi Koreyanın texnologiya şirkəti "Samsung" 99,7 milyard dollarla 6-cı, Çin bankı "ICBC" 69,5 milyard dollarla qərarlaşıb. ABŞ telekommunikasiya şirkəti "Verizon" 67,4 milyard dollarla 7-ci, "Tesla" 66,2 milyard dollarla 9-cu, "TikTok" isə 65,7 milyard dollarla 10-cu yerdədir.


Siyahının davamında siyahıda yer alan markaların 71-nin Çin, 32-nin Yapon, 31-inin Fransa, 25-inin İngiltərə, 24-nün Almaniya markalarıdır.


Linkə daxil olaraq tam siyahını görə bilərsiniz.