Şirkətin və ya brendin şəffaflığı işçilərini, dəyərlərini, mədəniyyətini, strategiyasını, biznes proseslərini və bu proseslərin nəticələrini ictimaiyyətlə bölüşmək deməkdir.


Facemark.az xarici mənbəyə istinadən Marketinqdə "Şəffaflıq" nədir? haqqında araşdırma yazını təqim edir!


Marketinqdə şəffaflıq “Bir şirkətin və ya markanın işçilərini, dəyərlərini, mədəniyyətini, strategiyasını, iş proseslərini və bu proseslərin nəticələrini ictimaiyyətlə paylaşması” deməkdir.


Texnologiyanın inkişafı, sosial medianın geniş tətbiqi, istehlakçıların məlumatlandırılması və markaların bir hissəsinə çevrilməsi marketinqin şəffaf olmasını tələb edir. Şəffaf olmasanız da, şəffaf olmağınızı istəyəcəklər. Sosial marka olmağın yeganə şərtlərindən biri bu nöqtədə istehlakçıların gözləntilərini qarşılamaqdır. Cavabları sizdən soruşmadan ictimailəşdirməlisiniz. Şəffaflığı üstünlük kimi istifadə etmək də sizin əlinizdədir. Brendlərin dürüst, səmimi, etibarlı və sadə kimi qəbul edilməsi və sevilməsi onları həmişə bir deyil, bir neçə addım irəliyə aparacaqdır. Bunun fərqində olan markalar, adlarını “İnsanların etibarını itirməkdənsə, pulu itirməyi seçərəm” – deyərək tarixə həkk edir.


Brendlərin hekayələrini ən yüksək şəffaflıqla paylaşması da istehlakçıların bu markanın bir hissəsi olduğunu hiss etmələrinə səbəb olur. Xüsusilə reklamlarında və digər marketinq fəaliyyətlərində izah etdikləri hekayələrdə istehlakçılar özlərinə yaxın hissələri görmək istəyirlər. Marka şəffaf olduqca da müştəri əlaqəsi artır. Sadiq müştərilər həmişə sizdən alış-veriş edirlər, başqalarına tövsiyə edirlər və sizin haqqınızda pis danışanlara lazım olan cavabı verirlər. Marka vəkili adlandırdığımız bu kütlə sizi daima müdafiə edir.