Facemark.az xarici mənbəyə istinadən "Sony şirkəti" haqqında araşdırma yazını təqdim edir!
Hazırda dünyanın məişət radioelektronikası məmulatları bazarını yapon istehsallı mallarsız təsəvvür etmək mümkün deyil. Bu günlərdə Yaponiyanın Sony şirkətini tanımayan bir adam tapmaq asan deyil. Bir çox istehlakçının gözündə bu şirkətin məhsulları yüksək keyfiyyətinə, etibarlılığına, istifadənin asanlığına görə fərqlənir. Sony , elektrik avadanlıqlarının istehsalı ilə məşğul olan və maliyyə xidmətləri göstərən böyük bir holdinq şirkətidir.
Şirkət yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb.Bu kompaniya 1946-cı ildən fəaliyyətə başlamışdır.Hələ o zaman kiçik emalatхana radioqəbuledicilərin kiçik hissələrinin istehsalı ilə məşğul olmuşdur. Bu zaman bu kiçik müəssisədə sadəcə 20 nəfər işçi çalışırdı və 500 dollar sərmayə ilə işə başlamışdı .Daima maliyyə çətinlikləri ilə və digər çətinliklərlə üzləşən bu müəssisənin böyük gələcəyinə, o zaman inanan az adam tapılardıLakin firma çoх güclü rəqabət mübarizəsindən qalib gələrək inamla inkişaf etmişdir.
Şirkətin əsas uğurları:
1950 – (ilk uğur) radio istehsalı (1951-ci ildə şirkət işçilərinin sayısı 159 nəfərə ve illik qazanc 440.000 dolara yükseldi. 1956-ci ildə isə işçi sayı 483, yıllık qazanc 3.35 milyon dollar idi).Daha sonra elekrtiklə isinən yastıqlar, kreslolar, mikrofonlar istehsal olundu.
1957 – “cib” radiosu istehsalı (1957-ci ilin mart ayında “cib” radio qəbuledicisi 40 dollara satışa buraxıldı – o dövrdə bu məbləğ orta əmək haqqına bərabər idi. Bu məhsul Sony"nin qüruruna çevrildi)
1964 – masa üstü kalkulyator istehsalı
1968 – rəngli kineskopik televizor (Bu məhsula görə Sony çirkəti ABŞ-ın Milli kino Akademiyasından Emmi mükafatını qazanmışdır)
1975 – Dünyanın ilk videomaqintafonu olan Betamax VCR təqdim edildi.
1994 – Playstation istehsalı (Dünyada ən çox satılan oyun konsolları arasında yer alan 'Playstation' Sony məhsuludur. Bu məhsulla Sony çox ciddi bir bazar payı qazandı və bütün dünyaya yayılan qlobal brendə çevrildi. 200-dən çox ölkəyə satılan bu məhsul şirkətin dövriyyəsinə çox müsbət əks-səda verdi.
1998 yılında Playstation’dan 5 milyar qazanc əldə olundu ki, bu Sony’nin illik qazancının yüzdə 40’ını təşkil edirdi. 2000-ci ildə artıq ABŞ’da her 4 evdən birində Playstation vardı.
Playstation 5 isə 10 milyar dollar gəlir gətirdi. O, ABŞ tarixinin ən çox satılan oyun konsolu ünvanını əldə etdi. Cihazdan 1 ayda 3,4 milyon satılırdı.)
Şirkətin uğurunun sirri nədir?
Müvəffəqiyyətin ayrıca sirri və yaхud konkret resepti yoхdur.Kompaniyanın menecerlərinin ən vacib vəzifələri işçilərdə normal münasibətlərin yaradılması, korporasiyada əmək kollektivinin bir-birinə qarşılıqlı münasibətlərinin doğma ailə münasibətlərininolduğunun aşılanması, fəhlələrlə menecerlərin talelərinin eyni olduğunu onların şüurunda formalaşdırılmasını təmin etməkdir.ümumiyyətlə sony şirkətinin ən başlıca məqsədi işçilər arasında ruh yüksəkliyini təmin etmək, onlara daim motivasiya verməkdir, Təsadüfi deyil ki sony şirkəti bir neçə ay bundan öncə belə bir addım atdı, beləki PlayStation 5 in dünya bazarında yüksəldiyi və şirkətə qat qat çox gəlir gətirdiyi üçün ana ofisdə çalışan işçilərə əlavə 7 aylıq əmək haqqı ödəsin. Belə addımlar Yaponiya şirkətlərində xüsusilə də Sony də artıq adət halına çevrilmişdir. Bir çox yapon şirkətləri əlavə maaşlar işçilərinə əlavə maaşlar ödəyirlər. Xüsusən aprel ayı sony şirkətində çalışan işçilər üçün çox qazanclı keçir.Bu cür addımlar əlbəttəki işçilərdə ruh yüksəkliyi, işlərinə daha da həvəs oyadır.
Yenilik yaradarkən güclü bir etik mədəniyyətə sahib olmaq Sony üçün əsas strateji istiqamətdir. Sony Qrup Davranış Kodeksi, Ədalət, Dürüstlük, Hörmət və Məsuliyyət kimi əsas etik dəyərlərə əsaslanır və bunlarda Sony mədəniyyətinin əsasını təşkil edir. Ümumiyyətlə Sony şirkəti, özünün güclü etik mədəniyyətinin davamlı dəyər yaratma təşəbbüslərini davam etdirməyə imkan verdiyinə inanır. Sony şirkətinin başçısı, Kenichiro Yoshida, qeyd edir ki, "Dürüstlük və Səmimiyyət" ilə işləmək öhdəliyi işimizin hər tərəfinə toxunur və buda ən vacib və davamlı dəyərlərimizdən biridir.