Facemark.az xarici mənbəyə istinadən "Aktuar hesablamalar" haqqında araşdırma yazını təqdim edir!


Aktuar hesablamalar (Actuarial calculations) maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemidir. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurulmasında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtimalının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesablamalar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar hesablamanın köməyilə sığorta fondunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsindən, demoqrafik məlumatlardan, uzunmüddətli statistik məlumatlardan, maliyyə hesab lamalarından istifadə edilir.


Maliyyə hesablamalarının köməyilə sığortaçının sığortalayanlar tərəfindən akkumulyasiya olunmuş ödənişlərinin kredit resursları kimi istifadə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınır. Hazırda aktuar hesablamalardan sığorta əməliyyatları ilə yanaşı, digər maliyyə əməliyyatlarında da tərəf-müqabillər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində, o cümlədən qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsində geniş istifadə olunur.