"Spotify" açıqlamasında işçilərin sayını təxminən 6% azaltmağı planlaşdırdığını bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Microsoft" 10.000 işçisi və "Alphabet"in 12.000 işçisi ilə yollarını ayıracaqlarını bildirdikdən sonra "Spotify" işdən çıxaran texnologiya şirkətləri arasına daxil olub. "Spotify", xərcləri azaltmaq və daha səmərəli olmaq üçün qlobal işçi qüvvəsinin təxminən 6 faizini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
"Spotify" oktyabr ayında üçüncü rüb hesabatında şirkətin dünya üzrə 9808 tam ştatlı işçisi olduğunu bildirmişdi.