Türkiyə və dünya daxilində bir çox korporativ şirkətə qlobal standartlarda xidmət edən Network Global Logistics beynəlxalq ticarət bazarındakı Loqistika ehtiyaclarını yaxından təqib edərək müştərilərinə aşağı xərcləri ilə bərabər keyfiyyətli xidmət təqdim etməyi seçmişdir. Quru yol, dəniz yolu, dəmir yolu və hava yolu daşımalarında dünya daxilində agentlik şəbəkəsi sayəsində müştərilərinin bütün ehtiyaclarına son təchizatlı avadanlığı ilə xidmət verərək loqistika sektorundakı ciddi məsuliyyətləri daşımaqdadır. Enerji, maşın, avtomobil, qablaşdırma, boya, dəri məmularları, elektron, tekstil, sərgi, təbii, mebel, plastik, tibb, telekommunikasiya və inşaat sektorlarına istiqamətli loqistika fəaliyyətlərimizə saxlama, paylama və Gümrük daxil olmaqla xidmət təklif edir.
Network Global Logistics Azərbaycan bölgə müdiri Oktay Vayıc ilə, 2011-in noyabr ayından bəri Azərbaycanda xidmət göstərən Network Global Logistics haqqında danışdıq.
Network Global Logistics kredit kartıyla qurulan bir şirkət olaraq, indi bir çox ölkədə fəaliyyət göstərir. İşin sirri nədir?
Əslində, bu işin tək açıqlaması budur; doğru yerdə doğru zamanda doğru addımları atmaq. Şirkətimizin qurulduğu andan etibarən ən böyük sərmayəsi insan mərkəzli olmuşdur. Loqistika ən sadə tərifiylə bir təşkilat müddətidir. Bu prosesin müvəffəqiyyətini qrup ruhu müəyyən edir. Gənc, təcrübəli və dinamik bir qrupa sahibik, hər gün potansialımızın üstünə yeni nəsə qoyaraq yolumuza davam edirik. Gəldiyimiz nöqtə bunun göstəricisidir. Ötən il Türkiyədə reallaşdırılan Beynəlxalq Grişişimcilik zirvəsində Türkiyənin ən sürətli böyüyən 2ci şirketi seçildik. Rəqəmlərin söylədiyi doğru yolda olduğumuzdur.
Şirkətinizin Qafqaz və Orta Asiyaya açılma fikri necə doğuldu?
Şirkətimiz yarandığı ilk vaxtlarda Türkiyədən Orta Asiya və Qafqaz ölkələrinə ixracat daşımaları edirdi. Qısa zamanda reallaşdırmış olduğu yatırımlarıyla, xarici ofis və agent şəbəkəsini genişləndirərək xidmət verdiyi lokasyon sayını sürətlə artırdı. Əvvəlki Türkiyə, Azərbaycan, Türkmənistan və Qazaxıstanda ofislərimiz, dünyanın bir çox nöqtəsindəki agentliklərimizlə müştərilərimizə qapıdan qapıya təslim full logistika xidməti veririk. Yuxarıda qeyd etdiyim müddəti vasitə yatırımlarımızla dəstəkləyərək xidməti bir qat daha yüksəltdik. İndi Avropada, Türkiyədə və Orta Asya ölkələrində dövranda olan, low-bed dediyimiz standart xarici yükləri daşıya bilən özmal bir çox vasitələrimiz mövcuddur.
Saxlama, gömrük, paylama. Xidmətlərinizə bunların hamısı daxildirmi?
Logistika tək başına nəqliyyat deyil, müştərilərə yeni bazar sahələri yaratmaq kimi geniş bir sahəni əhatə edir. Bu perspektivdən baxdıqda şirkətimiz bu xidmətlərin bir çoxunu müştərilərinə təqdim edəcək potensiala malikdir.
Bir logistika firması üçün C2 sənədi nə məna ifadə edir və siz bu sənədə sahibsinizmi?
C2 səlahiyyət sənədi Türkiyədə beynəlxalq quru yol daşımaları edə bilmək üçün alınması zəruri olan TC nəqliyyat nazirliyi tərəfindən verilən bir səlahiyyət sənədidir. Bu sənədi ala bilmək üçün ən az 2.000.000 avroluq vasitə yatırımına malik olmanız lazımdır, yəni 300 tondan çox daşıma gücünə sahib şirkətlər bu səlahiyyət sənədini ala bilirlər. Şirkətimiz 2008-ci ildən bəri bu sənədə sahibdir.
Son dövrdə dəmiryolu nəqliyyatına böyük əhəmiyyət verirsiniz ...
Qloballaşan dünyada artan xərcləri nəzərə alsaq, güclü rəqabət üçün ilkin azaldıcı fəaliyyət olmalıdır. Logistika, müştərilərimiz üçün əhəmiyyətli bir xərc qələmidir. Müştərilərimizin rəqabət gücünü artıra bilmək üçün logistika firması olaraq, xidmət keyfiyyətimizdən güzəşt vermədən uyğun xərcli yolları tapmaq məcburiyyətindəyik. Bu mənada, dəmir yolu, daşıma tutumu baxımından, xərci uyğun bir daşıma formasıdır. Xüsusilə, Baku-Tbilisi-Qars dəmiryolu inşası bitdiyində bu sahədə ciddi hərəkətlilikləri yaşanacaq. Biz də bu sahədə yatırımlarımıza sürət verdik.
Orta Asiya, buna bağlı olaraq da Azərbaycandakı logistika fəaliyyətlərini necə qiymətləndirirsiniz?
Qanunvericilik çatışmazlıqlarına baxmayaraq, loqistika fəaliyyətlər bəhs etdiyiniz ölkələrdə sürətlə inkişaf edir. Prosesin daha keyfiyyətli işləməsi üçün bir az daha zamana ehtiyac var. Azərbaycan, xüsusun də, coğrafi mövqe baxımından əhəmiyyətli bir əlaqə və paylama nöqtəsidir. Xüsusilə, yeni inşa edilən limanın inşası bitdiyində doğru sərmayələrlə Azerbayan, Orta Asiya əhəmiyyətli loqistika əsaslarından biri olmağa namizəddir. Bildiyimə görə Azərbaycan Nəqliyyat Nazirliyinin bu istiqamətdə əhəmiyyətli işləri var.
Şirketizin gələcək hədəfləri hansılardır?
Önümüzdəki dövrdə Avropanın müxtəlif nöqtələrində yeni şöbələr açmağı planlaşdırırıq. Vasitə yatırımlarımız hər dövr artaraq davam edir. Azərbaycan şöbəmiz hələ 1-ci il tamamlanmadan müştəri portfelimizi olduqca genişlətdilər. Hədəfimiz müştəri sayımızı artıraraq, yatırımlarımızla Azərbaycanın inkişaf fəaliyyətini təqdim edə biləcəyimiz qədər qatqı, yardım təqdim etməkdir.