Instagram "səssiz rejim" funksiyasını təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilərə vaxtın idarə edilməsində üstünlük qazandırmağı hədəfləyən "səssiz rejim" funksiyası aktivləşdirildikdə bildirişlər almır. Bundan əlavə, DM-lərə avtomatik cavab verən funksiya aktiv olduqda, yığılmış bildirişlər sürətli xülasə şəklində istifadəçilərə təqdim olunur.


Hazırda ABŞ, Böyük Britaniya, İrlandiya, Kanada, Avstraliya və Yeni Zelandiyada mövcud olan funksiyanın tezliklə digər ölkələrdə də istifadəyə verilməsi gözlənilir.