Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Kopenhagendə Danimarka hökumətinin Store Bededag və ya Ümumdünya Dua Günü kimi tanınan bayramı ləğv etmək planlarına qarşı etiraz aksiyası keçirilib.


Müvafiq qanun layihəsi çərşənbə axşamı parlamentə təqdim edilib.


Mette Fredriksenin mərkəz sol hökuməti öz qərarını Rusiyanın Ukraynaya müdaxiləsi fonunda xüsusilə aktuallaşan müdafiə ehtiyacları üçün ildə təxminən 3 milyard kron qənaət etmək istəyi ilə əsaslandırır.


Sorğulara görə, danimarkalıların yalnız 27%-i qanun layihəsini dəstəkləyir. Danimarkada 11 dövlət bayramı var. Adı çəkilən bayram Pasxadan sonra dördüncü cümə günü qeyd olunur.