Uzun illər ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı siyasət həyata keçirən və kömürdən uzaqlaşan Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinin başlaması və Rusiyadan münasib qiymətə təbii qaz axınının dayandırılması ilə bu yanaşmanı dəyişməli oldu.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) illik "Kömür 2022" hesabatına görə, 2022-ci ildə qlobal kömür istehlakı əvvəlki ilə nisbətən 1,2 faiz artarkən, Aİ-də artım isə 6,5 faizə çatıb. Beləliklə, 2021-ci ildə 449 milyon ton olan Aİ ölkələrinin kömür istehlakı 2022-ci ildə 478 milyon tona çatıb. Bu artımda elektrik enerjisi istehsalında istifadə edilən kömürə tələbatın artması təsirli olub.


2021-ci ildə 332 milyon ton olan Aİ ölkələrinin ümumi kömür hasilatı 2022-ci ildə yüzdə 7,3 artaraq 357 milyon tona çatıb.