Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İran Avropaya qarşı öz sanksiyalarını tətbiq edib. İslam Respublikasının “qara siyahısı”na 30-dan çox şəxs və təşkilat daxil edilib. Onların arasında Britaniya hüquq-mühafizə orqanlarının keçmiş və indiki rəhbərləri Parisin meri, Fransanın “Charlie Hebdo” jurnalının baş redaktoru, ifrat sağçı isveçli siyasətçi Rasmus Paludan da var. Tehran onların hamısını terrorizmi dəstəkləməkdə, İran xalqına qarşı zorakılıq aktlarına təhrik etməkdə, respublikanın daxili işlərinə qarışmaqda və yalan məlumatlar yaymaqda ittiham edir.
Teis Röten, Avropa Parlamentinin üzvü:
"Düşünürəm ki, onlar çaxnaşma içindədirlər və özlərini çox zəif hiss edirlər, ona görə də bu cür tədbirlərə keçiblər. Rejimin nümayəndələri boş yerə düşünürlər ki, Avropa Parlamentini susdura bilərlər".
İran müdafiə nazirinin keçmiş müavinini edam edib
Tehranın bu addımı Böyük Britaniya və Aİ-nin bir həftə əvvəl hökumət əleyhinə nümayişlərin amansızlıqla yatırılmasına görə tətbiq etdiyi sanksiyalara cavabı idi.