Twitter təhlükəsizlik addımı olaraq saxta hesabların yaradılmasının qarşısını almaq üçün şrifti dəyişdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən olan Twitter öz şriftlərində dəyişiklik edib.
Twitter bu dəyişikliyin niyə edildiyini açıqlamayıb. Bununla belə, Twitter-in təqlid edənləri aşkar etməyi asanlaşdırmaq üçün şrifti dəyişdirdiyi güman edilir.Yeni şrift əsasən köhnəsinə bənzəsə də, bəzi kiçik fərqlər var. Diqqətlə baxsanız, böyük i və kiçik l, 0 rəqəmi və böyük o arasında fərqləri görə bilərsiniz.
Mövzu ilə bağlı tweet atan NiemanLab-dan Joshua Benton, Twitter-in Chirp adlı öz şriftindən istifadə etməyə davam etdiyini və çox oxşar simvolları ayırd etməyi asanlaşdırmaq üçün OpenType stilistik dəstlərindən istifadə etdiyini söylədi.
Amerikalı proqram mühəndisi, Web3 is Going Just Great-in yaradıcısı Molly White öz tvitində Twitter-in yeni şriftdən istifadə edərək saxta hesabları azaltmaq üçün bəzi cəhdlər etdiyini bildirib.
Twitter istifadəçi adlarında görünən bu dəyişikliklər real və saxta hesabları ayırd etməyi asanlaşdırır.
Onu da qeyd edək ki, sözügedən dəyişikliyi hazırda ancaq masaüstü versiyada müşahidə etmək olar və onun mobil versiyaya nə vaxt gələcəyi maraq doğurur.