Yaxın günlərdə təqdim edilməsi gözlənilən OPPO Find X6 ailəsinin 3 modelinin texniki detalları ortaya çıxıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən aylarda kamera xüsusiyyətləri ortaya çıxan OPPO Find X6 seriyası, markanın indiyə qədər təklif etdiyi ən iddialı flaqman olmağa namizəd idi.


Bu gün ortaya çıxan yeni təqdimat şəkilləri ilə OPPO Find X6 və Find Pro-nun 2 fərqli modelinin texniki detalları ortaya çıxdı. Üstəlik, bu telefonlardan biri Snapdragon 8 Gen 2 ilə buraxılacaq.


GSMArena tərəfindən verilən məlumata görə, OPPO Find X6 Pro modelini 2 fərqli versiyada təqdim etmək istəyir. 3 telefon arasında ekran, prosessor və batareya baxımından fərqlər olsa da, bir çox xüsusiyyətlərin eyni olması onların qiymətlərinin bir-birinə yaxın ola biləcəyini göstərir .


Gəlin əvvəlcə bu 3 telefonun texniki xüsusiyyətlərinə nəzər salaq. Çin dilindən maşın tərcüməsi ilə tərcümə edilən şəkillərdə OPPO Find X6, 6 Pro Dimensiy Edition və Snapdragon Edition adlarından istifadə olunur. Ancaq təqdimat zamanı bu adların dəyişdiyinin şahidi ola bilərik.


Qeyd edək ki, fevral ayında Çində təqdim olunacaq Oppo Find X6 seriyasının qiymətləri və qlobal bazarda satılıb-satılmayacağı hələlik məlum deyil. Bununla belə, OPPO-nun daha əvvəl təqdim edilən modellərinə baxdığımızda Find X6 Pro Snapdragon Edition ABŞ və Avropa bazarlarında mövcud olmaya bilər.