Avropa Parlamentinin (AP) deputatları Şengen vizası müraciətlərinin rəqəmsallaşdırılması ilə bağlı hesabatı qəbul ediblər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, təklif qanuna çevrildikdə, müraciətlər vahid platforma vasitəsilə həyata keçiriləcək, vizalar pasportlara çap edilməyəcək.
Bundan əlavə, rəqəmsal viza müraciəti sistemində çoxdilli variantın olması, beləliklə, eyni IP ünvanından edilən müraciətlərin kollektiv şəkildə rədd edilməsinin qarşısının alınması da parlamentin qəbul etdiyi hesabatda yer alır.