Elektron nəhəngi Philips 6 min işçini ixtisar edəcəyini açıqlayıb. Şirkət xərcləri azaltmaq üçün belə bir qərar qəbul edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, işdən çıxarılmasına qərar verilən 6 min nəfərdən 1100-nün Amsterdam və Eyndhoven şəhərlərində çalışan işçilər olduğu da bildirilib.


2022-2023-cü illər texnologiya nəhəngləri arasında kütləvi ixtisarlar dövrü olub. Bu kontekstdə Netflix, Microsoft, Alphabet (Google), Amazon və Meta (Facebook) kimi şirkətlər kütləvi şəkildə işdən çıxarıblar. Hər birinin ortaq səbəbi isə xərclərin azaldılmasıdır.