McDonald's-ın xalis mənfəəti illik müqayisədə azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mənfəətdə azalmaya valyuta məzənnəsindəki dəyişiklər səbəb olub.


McDonald's xalis mənfəəti 2022-ci ildə 18% azalaraq 6,18 milyard dollar təşkil edib. Oktyabr-dekabr aylarında qlobal satışlar 12,6% artıb, bu barədə şirkətin maliyyə hesabatında deyilir .


İllik gəlir 23,2 milyard dollar səviyyəsində qalıb.2022-ci ilin dördüncü rübündə McDonald's xalis gəliri 16% artaraq 1,9 milyard dollara çatıb.


"Dördüncü rübün və bütün ötən ilin maliyyə nəticələrinə bütün əsas valyutaların ABŞ dollarına nisbətdə zəifləməsi mənfi təsir göstərib", - McDonald's qeyd edib.


Ötən rübdə məzənnə fərqləri nəzərə alınmadan şirkətin gəliri 5%, illik 6% artıb. Şirkətin illik nəticələrinə Rusiyanı tərk etməklə bağlı xərclər daxildir.


Qeyd edək ki, McDonald's 2023-cü ildə işçilərini ixtisar etməyi planlaşdırır.