Dünyanın ən məşhur musiqi proqramı olan Spotify ödənişli üzvlük paketlərini artırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple Music, Tidal və Deezer kimi alternativlərə baxmayaraq , musiqi proqramları bazarında zirvəsini qoruyan Spotify ödənişli, yəni "premium" üzvlük paketlərini artırıb. 2023-cü ilin fevral ayından etibarən qüvvəyə minəcək artımla fərdi, tələbə və ailə paketlərinin qiymətləri artdı.
Mövcud abunəçilərinə yaşanacaq qiymət artımını bildirən Spotify, rəsmi internet saytında cari qiymətləri də açıqladı.