Son 50 ildə dünyanın ən təhlükə altında olan ekosistemi kimi tanınan bataqlıqların 35 faizi yox olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bataqlıq ərazilər dünya quru səthinin təxminən 6-7 faizini əhatə etsə də, bütün bitki və heyvan növlərinin 40 faizinə ev sahibliyi etdiyi üçün bu vəziyyət dünyanın gələcəyi üçün böyük təhlükə yaradır.
Bataqlıqlar haqqında məlumatlılığı artırmaq üçün hər il fevralın 2-də Ümumdünya Bataqlıqlar Günü qeyd olunur. “Ramsar Konvensiyası” kimi tanınan Su-bataqlıqların Mühafizəsi Konvensiyası 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Konvensiya 170 tərəfi bataqlıq əraziləri qorumaq və onların rasional idarə olunmasını təmin etmək öhdəliyi qoyur.
1997-ci ildən ictimaiyyətin diqqətini cəlb etmək üçün qeyd olunan gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 avqust 2021-ci il tarixli qərarı ilə “Ümumdünya Su Bataqlıqlar Günü” kimi qəbul edilib.
Dünyanın ən təhlükə altında olan ekosistemi olan bataqlıqlar meşələrdən 3 dəfə tez yox olur.Dünyadakı bataqlıqların təxminən 90 faizinin 1700-cü illərdən bəri məhv edildiyi güman edilir. Bu ərazilərin yalnız 64 faizi son 100 ildə yox olub.Bataqlıqların hər il təxminən 1 faiz azalacağı düşünülür. 1970-ci ildən bəri 50 il ərzində dünyada bataqlıqların 35 faizi yoxa çıxıb.
Bataqlıq ərazilərin funksiyası nədir?
Bataqlıqlar dünyanın quru səthinin təxminən 6-7 faizini əhatə etsə də, bütün bitki və heyvan növlərinin 40 faizi bu ərazilərdə yaşayır və ya çoxalır.
Bildirilir ki, bataqlıqlar da sabit karbonun tutularaq havaya salınması ilə iqlim dəyişikliyində çox mühüm rol oynayır. Sahil bataqlıqları tropik yağış meşələrindən 55 dəfə daha sürətli karbon tutmaq və saxlamaq qabiliyyətinə malikdir.
Bataqlıq ərazilər daşqınlar, quraqlıqlar və həddindən artıq yağıntılar kimi ekstremal hava hadisələrinin təsirini azaltmaqda rol oynayır. Qrunt sularını qidalandıran və ya balanslaşdıran bu ərazilər güclü yağışlarda artıq suyu saxlayaraq daşqınlara nəzarət edir.
Bataqlıq ərazilər içməli su əldə etmək və qida ilə təmin etmək baxımından əhəmiyyətlidir. Qrunt sularının təxminən 3 milyard insanı içməli su ilə təmin etdiyi düşünülsə də, bataqlıq ərazilərdə yetişdirilən düyü 3,5 milyard insanın əsas qidasıdır.
Qeyd edək ki, qlobal istiləşmənin və insan tələfatının artdığı son illərdə bütün dünyada günü-gündən azalan bataqlıqların mühafizəsində texnologiyadan istifadə edilir, müxtəlif plan və proqramlar həyata keçirilir.