Elon Musk Twitter-də bir tvit paylaşaraq pul qazana biləcək bir xüsusiyyət üzərində çalışdıqlarını açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Twitter istifadəçiləri tvitlərin mövzularını yaradaraq pul qazana biləcəklər. Oktyabr ayında rəsmi olaraq Twitter-in sahibi olan Elon Musk o vaxtdan bəri bir çox mübahisəli və son dərəcə vacib qərarlar qəbul edib. Bu gün onlara yeni biri qoşulub.


Artıq Twitter-i məzmun istehsalçıları üçün yeni bir gəlir mənbəyinə çevirəcəyini açıqlayan Musk, gəlir vasitəsi təqdim edəcək yeni bir alət üzərində çalışdıqlarını açıqladı .


İlon Maskın açıqlaması əslində Twitter üçün əvvəlki planlardan biri ilə üst-üstə düşür. Mask daha əvvəl Twitter - də hər Tweet üçün tətbiq olunan simvol limitini dəfələrlə artıracağını açıqlamışdı.


Qeyd edək ki, İlon Maskın elan etdiyi xüsusiyyətin şərtləri, əhatə dairəsi və tam olaraq nə qədər gəlir gətirəcəyi kimi təfərrüatlar hələ açıqlanmayıb.