ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) paylaşdığı sənədlər Tesla-nın 2022-ci ildə Bitcoin-dən 204 milyon dollar itirdiyini göstərir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu itki Bitcoin ticarətindən əldə edilən 64 milyon dollarlıq mənfəətlə kompensasiya edilib və Teslanın xalis zərəri 140 milyon dollar olub.


Tesla, Bitcoin-in uzun ömürlü olacağına inandığını və 2021-ci ilin ilk rübündə Bitcoin-ə 1,5 milyard dollar sərmayə qoyduğunu ifadə etdi. Tesla ilk alışından sonra dərhal mövqeyini 10 faiz azaldıb və şirkətə 101 milyon dollar gəlir gətirib.


Tesla CEO-su Elon Musk 2021-ci ilin mart ayında Teslanın avtomobilləri üçün ödəniş olaraq Bitcoin qəbul etməyə başlayacağını və bunun kriptovalyuta qiymətinin partlamasına səbəb olacağını söylədi. Bir neçə həftə sonra Mask və Tesla Bitcoin hasilatı üçün lazım olan enerji miqdarı ilə bağlı narahatlıqlarını əsas gətirərək geri çəkildilər.


Keçən il bitkoinin dəyəri azalmağa başlayanda öz Bitcoin səhmlərinin 75 faizini satan Tesla, bu gün təxminən 184 milyon dollar dəyərində bitkoinə sahibdir və bu, yenidən yüksəliş gözləyə bilər.


Qeyd edək ki, kriptovalyuta bazarı son bir il ərzində kəskin eniş yaşadı. Bu gün bitkoin 23 045,50 dollara satılır ki, bu da bütün zamanların ən yüksək səviyyəsi olan 68 789,63 dollardan təxminən 66 faiz aşağıdır.