Rəqabət Təşkilatı Google-a qarşı araşdırma başlatmağa qərar verdiyini açıqlayıb. Şirkət bazardakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham olunur.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rəqabət Təşkilatı, Google-un ana şirkəti "Alphabet Inc.", "Google MMC", "Google International LLC", "Google Ireland Limited" və "Google Advertising and Marketing Ltd. Şti." -ə istintaq açmağa qərar verib.


Qərar, "ümumi axtarış xidmətləri bazarında iqtisadi dürüstlükdən sui-istifadə etməklə" başlanmış şirkətlərlə bağlı ilkin araşdırmanın başa çatması ilə qəbul edilib. Rəqabət Şurası ilkin araşdırmalar zamanı əldə edilən nəticələrin ciddi və yetərli olduğunu bəyan edib.


Onu da qeyd edək ki, Rəqabət Təşkilatı keçən ilin aprel ayında Google- u 296 milyon TL cərimə etmişdi . Bu cəza “ Rəqabətin müdafiəsi haqqında” qanunun 6-cı maddəsinin pozulduğu əsası ilə verilib .