Sosial media eksperti Matt Navarra paylaşdığı tvitində Twitterin profillər üçün təsdiqlənmiş nişan üzərində işlədiyini söyləyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Twitter hesabın doğrulandığını göstərmək üçün nişan xüsusiyyətini təqdim etməyə hazırlaşır.
TechRadar-ın hesabatına görə, proqram tərtibatçısı və keçmişdə sosial media platformasında etibarlı məlumatlar verən Jane Manchun Wong da bu məlumatı Twitter-də paylaşaraq, "Twitter bir hesabın doğrulandığını sizə göstərməyə çalışır" dedi. Wong identifikasiya prosesini də izah etdi: "Şəxsiyyətinizi yoxlamaq üçün qanuni şəxsiyyətinizi və selfi yükləmək üçün bir axın olacaq."
Kimlik doğrulama, doğrulanan hər hansı bir hessabın iddia etdiyi şəxs olduğuna dair bir güvəncə mənasına gəlir . Platformada istifadəçilərə hücum və ya trolling adətən anonim hesablar vasitəsilə həyata keçirilir. Artıq təsdiqlənmiş hesabla bu, artıq mümkün olmayacaq.
Onu da qeyd edək ki, bu özəllikTwitter-in mübarizə apardığı başqa bir ciddi problem olan dezinformasiyaya qarşı silah kimi istifadə edilə bilər.