“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan Meta ötən ilin dördüncü rübündə 32,2 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib, lakin onun son rübdəki mənfəəti 55 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, buna görə şirkətin ötən ilin 4-cü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 4 azalaraq 32,2 milyard dollara enib. Meta 2021-ci ilin dördüncü rübündə 33,7 milyard dollar gəlir əldə edib.Bu müddət ərzində şirkətin gəlirlərinin azalmasına baxmayaraq, 31,5 milyard dollarlıq bazar gözləntilərini üstələyib.


Meta-nın gəliri isə əvvəlki ilə nisbətən 1% azalaraq 2022-ci ildə 116,6 milyard dollara enib.Ötən ilin son rübündə şirkətin mənfəəti yarıbayarı azalıb.


Meta-nın xalis mənfəəti də ötən ilin dördüncü rübündə 55 faiz azalaraq 4,7 milyard dollar olub. Şirkət 2021-ci ilin son rübündə 10,3 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.


ABŞ texnologiya şirkətinin 2022-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 41% azalaraq 23,2 milyard dollara düşüb.


Şirkətin 2021-ci ilin dördüncü rübündə 3,67 dollar olan səhm üzrə qazancı da ötən ilin eyni dövründə 1,76 dollara düşüb.


Meta çətiri altında Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu dövrdə artmağa davam etdi.


“Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı ötən ilin dekabr ayı ilə müqayisədə illik bazda 4 faiz artaraq 2 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 2 faiz artaraq 2,96 milyarda çatıb.


Bəyanatda fikirləri yer alan Meta CEO-su Mark Zukerberq şirkətin tətbiqlərindəki güclü qarşılıqlı əlaqədən məmnun olduğunu bildirib.


Bu ilki idarəetmə mövzusunun "məhsuldarlıq ili" olduğuna diqqət çəkən Zukerberq, daha güclü və çevik bir təşkilat olmağa diqqət etdiklərini ifadə etdi.


Qeyd edək ki, Meta tərəfindən edilən açıqlamada, səhm geri satın alma səlahiyyətinin 40 milyard dollar artırıldığı qeyd edildi.