Prada brendi lüks brendlərin siyahısında ilk sırada qərarlaşıb
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Prada 2022-ci ilin dördüncü rübündə ən çox axtarılan lüks moda markası olub . İkinci yeri İtaliyanın Gucci moda evi tutub. Üçüncü yerdə Moncler brendi qərarlaşıb.
Prada-nın uğuru ilk təkrar emal edilmiş qızıl zərgərlik kolleksiyasının təqdimatı ilə bağlıdır. Marka yeni nəsil arasında da tələb olunur. Buna Prada Linea Rossa FW22 kolleksiyasının siması olan TikTok sosial şəbəkəsinin məşhur amerikalı ulduzu Çarli D'Amelio təsir edib.
Moda evində kadr dəyişiklikləri də oldu: Andrea Qerra Prada Qrupunun baş direktoru təyin edildi. Kadr dəyişikliyi italyan markası Gucci-yə də təsir etdi: Alessandro Michele kreativ direktor vəzifəsini tərk etdi. Moncler, Gucci-nin ardınca markanın 70 illik yubiley tədbirlərinin bir hissəsi olaraq ilk NFT-lərini təqdim etdi. Şirkət həmçinin LFW (London Moda Həftəsi) nümayişində Moncler Genius layihəsinin yenidən başlandığını elan etdi.
Bundan əlavə qeyd edək ki, Miu Miu, Valentino, Bottega Veneta, Loewe, Dior, Dolce & Gabbana və Saint Laurent dəbdəbəli brendlərin onluğuna daxil olub.