"Uşaq malları satan mağazalar şəbəkəsi olan Hamley's" müflis elan edilə bilər


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Hamley's" beynəlxalq uşaq oyuncaqları mağazaları şəbəkəsinin Rusiya mağazalarını idarə edən "Vanderkind" ASC müflis elan edilə bilər. Məhkəməyə müvafiq müraciəti “Trast” bankı hazırlayır. Bank bununla da uzun müddətdir uzanan məhkəmə çəkişməsinə son qoymağa çalışır. Bununla belə hüquqşünaslar hesab edirlər ki, hələlik iflas üçün heç bir əsas yoxdur. Lakin iflas hökm çıxarıldıqdan sonra yarana bilər. İddiaçı qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir.


Onu da qeyd edək ki, Vanderkind ASC-nin 2021-ci ildə gəliri 991 milyon rubl təşkil edib. Eyni dövr üçün xalis mənfəət 20 milyon rubla çatıb. Eyni zamanda, 2017-ci ildən 2020-ci ilə qədər şirkət zərərli olub.