Yaşayan ən yaşlı it rekordunun cəmi iki həftə əvvəl qırıldığını açıqlayan Ginnesin Rekordlar Kitabı bu gün bu rekordu qıran yeni iti açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rekordun yeni sahibi 31 yaşlı Bobi olub. Bobi 30 yaş 266 gündə ən yaşlı it oldu . İtin yaşının sübutu ilə 2 həftəlik rekordçu Spik də 'ən yaşlı it' titulunu itirdi.


3 fevral 2023-cü il tarixinə 30 yaş 268 günlük olan Bobi normalda 12-14 il ömrü olan gözətçi it cinsinə aiddir.


Qeyd edək ki, Portuqaliyada yaşayan Bobi , demək olar 100 ildir qırılmayan rekordu qıraraq yaddaşlarda özünə yer etdi.