Twitter-dən sonra Instagram-ın da təsdiqlənmiş hesab nişanlarını satmağa başlayacağı iddia edilirdi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Instagram təsdiq nişanlarının da daxil olduğu abunə planı üzərində işləyir.


Alessandro Paluzzi , dünyanın ən məşhur onlayn foto və qısa video paylaşma platforması Instagram haqqında təəccüblü bir açıqlama verdi . Alessandro Paluzzinin açıqlamasına görə, Instagram kodlarındakı istinadlar platformaya ödənişli abunə olacağını deməyə əsas verir. Instagram hesabın yoxlanılması üçün ödənişli abunəlikdən istifadə edəcək .


Qeyd edək ki, Instagram illərdir təsdiqlənmiş nişanlar təklif edir. İstifadəçilər müəyyən edilmiş şərtlərə cavab verərsə, bir qəpik ödəmədən təsdiqlənmiş hesaba sahib ola bilərlər. Ancaq gəldiyimiz son nöqtədə bu vəziyyətin dəyişəcəyi görünür. İddialar doğrudursa, istifadəçilər indi təsdiqlənmiş hesaba sahib olmaq üçün ödəniş edəcəklər .