Bu gün hər kəsdən nə gizlətdiyini öyrənmək üçün kiminsə gündəliyini oxumaqla onun TikTok kəşfinə baxmaq arasında elə də böyük fərq yoxdur. Çünki TikTok-un kəşf hissəsi istifadəçilərin baxış tarixçəsi və məlumatları əsasında “tövsiyə alqoritmi” ilə işləyir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qeyd olunan alqoritmin bezdirici tərəfi odur ki, platformada yalnız bir dəfə axtarılan açar sözə əsaslanan məzmuna istifadəçi daha sonra baxmaq istəməsə də rast gəlinir. İstifadəçilərin özləri üçün ağ səhifə aça bilməsi üçün platforma yeni funksiya üzərində işləyir.
TikTok sözçüsü Ceymi Favazzanın verdiyi açıqlamalara görə, şirkət “Yenilə” adlı funksiya üzərində işləyir. Xüsusilə, əgər istifadəçilərin kəşf bölməsindəki videolar artıq maraq doğurmursa və ya əyləncəli deyilsə, alqoritmi “Yenilə” düyməsindən istifadə etməklə sıfırlamaq olar. Önümüzdəki günlərdə sınaq mərhələsinə başlayacaq xüsusiyyət ilkin olaraq az sayda istifadəçinin istifadəsinə veriləcək.
Görünür, şirkət istifadəçilərə tətbiq təcrübəsini idarə edən alqoritm haqqında daha çox məlumat verməyə yönəlmiş funksiyalar əlavə etməyi planlaşdırır. Şirkət dekabr ayında elan etdi ki, istifadəçilər tezliklə konkret videonun niyə tövsiyə edildiyini görə biləcəklər.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində o, daha təkmil məzmun filtrləmə parametrlərini təqdim etdi ki, istifadəçilər müəyyən hashtaglar və ya açar sözlər olan videoları görmək istəmədiklərini müəyyən edə bilsinlər.