Kahramanmaraşda baş verən ilk dağıdıcı zəlzələ olan 7,7 ballıq zəlzələnin seysmik dalğalarının dünyaya necə yayıldığını göstərən videolar paylaşılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Fevralın 6-nı qara günə çevirən 7,7 bal gücündə zəlzələnin dünyaya necə təsir etdiyi EarthScope Consortium tərəfindən paylaşılan qrafik videolarla ortaya çıxıb. Seysmik dalğalar hətta ABŞ-ın ən qərb hissəsində də qeydə alınıb.


7,7 bal gücündə zəlzələ dalğalarının bütün dünyaya yayılması:



Yuxarıda gördüyünüz videoda birinci hissədə dalğaların Avropa üzərində yayılması , ikinci hissədə dalğaların dünya üzrə yayılması ABŞ nöqteyi-nəzərindən, üçüncü hissədə isə Şimal qütbünün üstündən göstərilir .


Video “ Ground Motion Visualizations ” adlı texnika ilə hazırlanıb . Vizualizasiya bütün dünyada seysmometrlər tərəfindən aşkar edilən yer hərəkətinin animasiyasıdır .


Ekranda gördüyümüz nöqtələrin hər biri seysmoqrafı və yerin zəlzələ ilə necə hərəkət etdiyini əks etdirir. Qırmızı nöqtə yerin yuxarı , mavi nöqtə isə aşağıya doğru hərəkət etdiyini göstərir .


Onu da qeyd edək ki, zəlzələ dalğaları zəlzələnin baş verdiyi yerdən uzaqlaşdıqca insanlar tərəfindən artıq hiss olunmur. Bununla belə , həssas seysmik alətlər hətta mərkəzdən uzaqda olan seysmik dalğaları qeyd edə bilir.